Avropa İttifaqı (Aİ) Türkiyə də daxil olmaqla bir çox ölkədə yaşayan 2005-ci il təvəllüdlü 36 min gəncə Avropada pulsuz səyahət edə bilmələri üçün bilet verəcək.
525.az xəbər verir ki, Aİ Komissiyasından verilən açıqlamaya görə, Aİ-nin "DiscoverEU" proqramı çərçivəsində 18 yaşlı 36 min gənc internet üzərindən bir neçə suala cavab verərək bu fürsəti əldə etmək şansı qazanacaq.
Müraciətlər bu gündən oktyabrın 18-dək Avropa Gənclər Portalında bu məqsədlə hazırlanmış səhifədə edilə biləcək.
Qeyd edək ki, pulsuz səyahət əldə edən gənclər 1 mart 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında biletlərindən maksimum 30 gün istifadə edə biləcəklər.
Məhəmməd Tağıyev