ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin cənubundakı Sarangani şəhəri sahillərində olduğunu bildirib.
525.az xəbər verir ki, ilkin məlumatlara görə, təxminən 120 kilometr dərinlikdə baş verən 6,4 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb. Dünyada seysmik hərəkətlərin ən çox baş verdiyi ölkələrdən biri olan Filippin Alov halqası kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Qeyd edək ki, sentyabrda ölkədə 6,3 bal gücündə zəlzələ baş vermişdi.
Məhəmməd Tağıyev