|
|
|
|
Xorvatiyanın ən böyük şəhərlərindən biri olan Osiyekdə bir şirkətin plastik anbar sahəsində baş verən yanğın davam edir.
525.az xəbər verir ki, Osiyek Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada yerli vaxtla saat 00:40-da şəhərdəki bir şirkətin plastik anbarında yanğının baş verdiyi bildirilib.
Açıqlamada hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadasının gəldiyi, vətəndaşlara yanğın nəticəsində əmələ gələn qazların zərərli təsirləri səbəbindən zərurət olmadıqca çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edildiyi vurğulanıb
Qeyd edək ki, güclü külək nəticəsində yanğından yaranan tüstünün Bosniya və Herseqovina sərhədinə çatdığı, yanğın zamanı iki yanğınsöndürənin yüngül xəsarət aldığı deyilib.
Məhəmməd Tağıyev