Nigerin Mali sərhəddində törədilən terror aktı nəticəsində 29 əsgər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Niger Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin şimal-qərbindəki Tabatol rayonunda terror əməliyyatından qayıdan ordu birləşmələrinin hücuma məruz qaldığı bildirilib.
Hücumda ilkin təsbitlərə görə 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb, çox sayda terrorçu zərərsizləşdirilib.
Açıqlamada ölkədə 3 günlük milli matəm elan edildiyi bildirilib.
Hücum iyulun 26-da ordunun hökuməti ələ keçirməsindən bəri ən qanlı hücum kimi qeydə alınıb.
Qeyd edək ki, avqust ayında Niger, Mali və Burkina Fasonun sərhəd xəttinin Niger tərəfində yerləşən Tillaberi bölgəsində "3 ölkə sərhədi" olaraq bilinən terror hücumunda 17 əsgər həyatını itirmişdi.
Malik Atilay