Taylandın paytaxtı Banqkokda "Siam Paragon" ticarət mərkəzində 14 yaşlı uşağın silahla atəş açması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
525.az “Bangkok Post”un məlumatına əsasən xəbər verir ki, yerli vaxtla saat 16:40-da Banqkokun “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşaq tapança ilə 10 atəş açıb.
Hücumda 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qeyd edək ki, polis yerli vaxtla saat 17:10-da cinayətkarı yaxalayıb.
Malik Atilay