525.Az

14 yaşlı yeniyetmə mağazadan tutuquşu oğurlayıb


 

14 yaşlı yeniyetmə mağazadan tutuquşu oğurlayıb<b style="color:red"></b> Bakıda oğurluqla məşğul olan yeniyetmə tutulub.
 
525.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dilşad Əhmədovaya məxsus noutbuku, Elnarə Katibliyə məxsus mağazadan pul, noutbuk və 26 ədəd tutuquşu, Sevil Sadıqovaya məxsus dərzi atelyesindən geyim və məişət əşyaları, habelə Valeh Əliyevə, Mahir Hüseynova və Rahil Səfərova məxsus avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlamış Ağsu rayon sakini, 14 yaşlı Ə.B. saxlanılıb.

O, izahatı alındıqdan sonra sərbəst buraxılıb.
 
Araşdırmalar davam etdirilir.
 





19.08.2014    çap et  çap et