Koreya Respublikası və Yaponiya 9 ildən sonra ilk dəfə iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə strateji dialoq görüşü keçirib.
525.az xəbər verir ki, Koreya xarici işlər nazirinin birinci müavini Çanq Ho-jin və yaponiyalı həmkarı Okano Masataka Koreyanın paytaxtı Seulda görüşüb.
Son 9 ildə ilk dəfə keçirilən strateji dialoq görüşündə regional və qlobal problemlər, eləcə də ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edək ki, Koreya və Yaponiya arasında strateji dialoq kanalı 2005-ci ildə yaradılmış, lakin son görüş ikitərəfli münasibətlərin soyumasına görə 2014-cü ildə keçirilmişdi.
Məhəmməd Tağıyev
çap et