525.Az
Polis mayoru sərxoş vəziyyətdə ağır qəza törədib
Ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunda ağır yol qəzası baş verib.
Lent.az-ın kəpəztv-yə istinadən məlumatına görə, yolun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb.
Nəticədə sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov həmin vaxt ağır dərəcəli sərxoş olub. Baxmayaraq ki, sürücülük hüququ da yoxdur.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
19.08.2014
çap et