525.Az

MEK-də “Akademik Teymur Kərimli - 70” adlı sərgi təşkil olunub


 

MEK-də “Akademik Teymur Kərimli - 70” adlı sərgi təşkil olunub<b style="color:red"></b>

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) milli ədəbiyyatşünaslıq elminin inkişafında xidmətləri olan, “Şöhrət” ordenli akademik Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə sərgi təşkil edilib.

525.az xəbər verir ki, sərgidə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi akademik Teymur Kərimlinin müəllifi olduğu kitablar, dövri mətbuatda çıxan məqalələri, həmçinin tərcümə və redaktə etdiyi əsərlər nümayiş olunur. Onların sırasında “Heydər Əliyev və klassik irs”, “Görünməyən Füzuli” , “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Çağdaşımız Nəsimi”, “Nizami və tarix”, “İstedadla enerjinin harmoniyası”, “Akademik Əhməd Mahmudov. Görkəmli adamların həyatı”, “İsa Həbibbəyli. Biblioqrafiya”, “Gözəllərin axıra qalmışı”, “Akademik Mirzə İbrahimov” və digərləri var.

Sərgilənən nəşrlərdə Azərbaycan klassik ədəbiyyatındakı ümumbəşəri dəyərlərin müasir elmi tədqiqi həyata keçirilib,  ölkədə yüksək səviyyədə öyrənilməsinin və təbliğinin möhkəm özülü yaradılıb.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün dəyərli olan əsərlərdən ibarət sərgi iki həftə davam edəcək.

 





07.10.2023    çap et  çap et