525.Az

"Tərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib" - ANAMA


 

"Tərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edilib" <b style="color:red"> - ANAMA</b>

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

525.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.

 





07.10.2023    çap et  çap et