525.Az

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib


 

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib<b style="color:red"></b>

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib.

525.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə - İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - paylaşımda qeyd edilib.

Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82

 





07.10.2023    çap et  çap et