525.Az

Azərbaycan Səudiyyə Ərəbistanının DÇ-2034-ə ev sahibliyi etmək təklifini dəstəkləyir


 

Azərbaycan Səudiyyə Ərəbistanının DÇ-2034-ə ev sahibliyi etmək təklifini dəstəkləyir<b style="color:red"></b>

Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifini dəstəkləyir.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” səhifəsində paylaşım edib.

Bildirilib ki, adıçəkilən ölkənin mundialı qəbul etmək üçün kifayət qədər təcrübəsi var: “İnanırıq ki, dünya çempionatı Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və onların futbola köklü həvəsləri var”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin DÇ-2034-ü qəbul etmək istədiyini açıqlayıb.

 





07.10.2023    çap et  çap et