525.Az

Dünya Serebral İflicin Fərqindəlik Günü


 

Dünya Serebral İflicin Fərqindəlik Günü<b style="color:red"></b>

Dünya Serebral İflicin Fərqindəlik Günü, Serebral iflicli fərdlərin cəmiyyətdəki hər kəslə eyni hüquq və imkanlara malik olduğuna diqqət çəkən ictimai hərəkat və maarifləndirmə günüdür. 2012-ci ildən etibarən hər il oktyabr ayının ilk çərşənbə günü Dünya Serebral İflicin Fərqindəlik Günü kimi qeyd edilir.

Ənənəvi olaraq cari ildə də serebral iflicə diqqət çəkmək məqsədilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, yaşıl rəng ön plana çıxarılır. Həyat və həyatın yenilənməsi mənasını verən “yaşıl” rəng serebral iflicin simvolu hesab olunur. Oktyabrın 6-da yaşıl geyinməklə və yaşıl rəngdən istifadə etməklə bu günə dəstək verilir.

Serebral iflicli insanların hərəkəti, ünsiyyəti və gündəlik həyatlarının fərqli olduğu düşünülsə də, dünyanın hər yerində bu problemə sahib olan şəxslərin maneələri aradan qaldıraraq inanılmaz nəaliyyətlər əldə edə bildiklərinin də şahidi oluruq. Əlbəttə bu faktlar bir da göstərir ki, hamımız birik və cəmiyyətdə bərabər hüquqlara malikik.

Dünyada Serebral İflicin reabilitasiyasını və müalicəsini həyata keçirən bir sıra mərkəzlər fəaliyyət göstərir. Belə mərkəzlərdən biri də 5 ildir ki, işini uğurla davam etdirən və  pasiyentlərə multidisiplinar yanaşma tətbiq edən“CP Academy”sıdır. Beynəlxalq səviyyədə müalicə üsulları tətbiq edilən klinikada hər il "Dünya Serebral iflic" gününü qeyd edilir. “CP Academy”nin rəhbəri, peşəkar nevroloq Dr. İlahə Hacıyeva sözügüdən mövzu ilə bağlı suallarımızı cavablandırdı.

Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci kanal” təqdim edir. 

Nigar Abbasova

 





07.10.2023    çap et  çap et