525.Az

"Qarabağ" və "Neftçi"nin oyunlarının tarixi dəyişdirildi


 

"Qarabağ" və "Neftçi"nin oyunlarının tarixi dəyişdirildi<b style="color:red"></b>

Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirmələri səbəbindən hər iki komandanın Azərbaycan Premyer Liqasının üçüncü turundakı matçlarının tarixi dəyişdirilib. 
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, klubların Peşəkar Futbol Liqasına müraciətləri nəzərə alınaraq Premyer Liqadakı oyunlar bir gün sonraya keçirilib.

1. Azərbaycan Premyer Liqasının III turunun “Ara Naxçıvan” – “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə dəyişdirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.

2. Azərbaycan Premyer Liqasının III turunun AZAL – “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə keçirilib.

 





19.08.2014    çap et  çap et