525.Az

Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik - Ərdoğan


 

Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik - <b style="color:red">Ərdoğan</b>

“Müxtəlif çətinliklərlə üzləşsək də, Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik. Bizi qorxutmaq istəyənlərə fikir vermirik”.

525.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin IV növbədənkənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

“Terror təşkilatlarından istifadə edərək bizi küncə sıxışdırmağa çalışanların qarşısında baş əymirik. Biz nəyin bahasına olursa-olsun, Türkiyənin maraqları və təhlükəsizliyi üçün tələb olunanları etməkdən heç vaxt çəkinmirik”, - o vurğulayıb.

 





07.10.2023    çap et  çap et