525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Yuxu kimi gerçəklər

 

Azərbaycan öz tarixinin ən sevincli, ən qürurlu günlərini yaşayır. Bu sevinc və qürurun təsiri altında nədənsə xəyalən 35 il öncəyə qayıdır, 1988-ci ilin fevral günlərində ilk dəfə ovaxtkı Dağlıq Qarabağın mərkəzindən Ağdama gəlib "ermənilərin Stepanakertdəki mitinqləri"ndən həyəcanla danışan azərbaycanlıları xatırlayıram...

O günlərdən bəri, düz 35 il biz daima savaş, işğal, faciə, təşviş, məyusluq kimi neqativ hisslərlə yaşamışıq. Hamısına da gözlərimizin önündə nankorluqdan azğınlığa qədər iyrənc bir yol keçən ermənilər səbəb olub.

2020-ci ilin bu günlərində başlanan Vətən müharibəmiz, onun nəticəsi olan parlaq Zəfərimiz yaralarımıza su səpdi, məğlubiyyət ovqatını, kədər və məyusluğu canımızdan çıxartdı. Bu ayın 19-da start verilən və cəmi bir sutkaya uğurla yekunlaşan lokal antiterror tədbirləri isə suverenliyimizin tam bərpasıyla nəticələnərək işğal yaramıza məlhəm oldu.

Ağdərəyə bayrağımızın sancılması, Vardanyanın həbsi, polislərimizin Xankəndidə görünmələri, asi vətəndaşlarımızın təmsilçilərilə Yevlaxda, Xocalıda keçirilən görüşlər, qondarma qurumun özünü buraxması Azərbaycan Prezidentinin polad iradəsi, müdrikliyi, xalqımızın birliyi, ordumuzun qüdrəti sayəsində mümkün oldu.

Şuşanın azad olunmasından, 2020-ci ilin Noyabr Zəfərindən sonra bizə yuxu kimi görünən sevincli hadisələr davam etməkdədir. İnanılmazlar, mümkünsüzlər reallaşır.

Dünyaya siyasət, diplomatiya və hərb dərsi keçərək Azərbaycana möhtəşəm qələbələr qazandıran Müzəffər Ali Baş Komandanımız bugün hər bir azərbaycanlının, ümumən Türk dünyasının sonsuz minnətdarlıq, haqlı pərəstiş ünvanıdır.

Ard-arda eşitdiyimiz inanılmaz dərəcədə fərəhli xəbərlər hamımızı coşdurur, həyəcanlandırır, heyrətə gətirir. Sevincimizin həddi-hüdudu olmayan bu günlərdə emosiyalarımızın sərhədsizliyi təbiidir. 30 il içimizdə gəzdirdiyimiz qəzəbin, hirsin indi bir başqa tərzdə ifadəsi də başadüşüləndir. Amma biz indi qalib xalqın nümayəndələri, zəfər qazanmış dövlətin vətəndaşlarıyıq. Odur ki, nifrət ritorikasından uzaq durmalı, içimizdəki haqlı qəzəbi təmkinimizlə boğmağı bacarmalıyıq. Təbiətən bizə xas olan humanizm, mərhəmət, tolerantlıq kimi gözəl keyfiyyətlərimizi bu qürurlu günlərdə də qoruyub saxlamalıyıq. Tarixinin ən parlaq dövrünü yaşayan Azərbaycanımızın bugününə layiq olmalı, sabahına öz töhfələrimizi verməyə çalışmalıyıq.

Qarabağdakı sadə ermənilərə ən müdrik çağırışı isə cənab Prezident səsləndirib: "Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər".

Əminik ki, sadə erməni sakinlər bu tarixi şansı və Azərbaycanın humanist reinteqrasiya təkliflərini düzgün dəyərləndirəcəklər.

lll

Göyə ucalmaq

 

Azərbaycanda keçirilən, 136 ölkədən 5300 nəfərdən artıq nümayəndənin iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi tarixi hadisədir.

Konqresin açılış mərasimi qeyri-adi, unudulmaz məqamlarla yadda qaldı.

Çin Milli Kosmik Stansiyası astronavtlarının videomüraciəti, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu öndər Heydər Əliyevin və oğlu İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Azərbaycan Prezidentinə təqdim etməsi xoş sürpriz oldu.

Açılış mərasimində Prezident İlham Əliyevin dolğun və əhatəli çıxışı iştirakçılarda parlaq təəssürat yaratdı:

"...Konqresə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda keçirilmişdir. Mən bütün qonaqlarımıza və xüsusən də, mənə əziz olan fotonu kosmosa çıxaran cəsur Çin astronavtlarına çox minnətdaram. Bu, sanki onu göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm.

Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərkosmos" Agentliyinin təşəbbüsü ilə Bakı Nobel Neft Klubunda media rəhbərlərilə Konqres iştirakçılarının görüşündən çox məmnun olduq və xoş təəssüratlarla ayrıldıq. Nobel qardaşlarının muzeyi ilə tanışlıqdan sonra konqres iştirakçılarıyla bir süfrə arxasında əyləşdik. Yanaşı oturduğum Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger və xanımı, qurumun layihə rəhbəri və meneceri Elena Faythingerlə söhbətləşmək imkanım oldu. Onlar Azərbaycan Prezidenti haqqında gözəl, qürur doğuran sözlər dedilər, ağız dolusu heyranlıq və sonsuz minnətdarlıqla danışdılar. Prezidentin konqresin açılış mərasimindəki çıxışından çox təsirləndiklərini bildirdilər. Bu əhatəli çıxışda hər şey vardı: kosmosa sevgi də, konqres iştirakçılarına ehtiram da, səmimiyyət də, siyasi proseslərin aydın təhlili də.

Ölkəmizə və uğurlarımıza heyran olduğunu gizlətməyən xanım Elena Faythinger dedi ki, bəzən Avropada sizin ölkə barədə yanlış, birtərəfli fikirlər yer alır. Prezident Əliyev öz çıxışında o qədər aydın, obyektiv və səmimi fikirlər söylədi ki, bütün iştirakçıların dərin rəğbətini qazandı. Əlbəttə, Prezident İlham Əliyevə xalqımızın, Türk dünyasının, dost əcnəbilərin haqlı pərəstişinin çox şahidi olmuşuq. Amma bu mötəbər, nüfuzlu qonaqlar o qədər ürəkdən, səmimi danışdılar ki, həqiqətən göyün yeddinci qatına ucalıb, qürur duyduq.

Maraqla verdiyim "İştirakçılar arasında 50 il öncə Bakıda keçirilən konqresdə iştirak edənlərdən indiki konqresə də qatılan varmı?" sualıma Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger gülümsəyərək "Prezident İlham Əliyev" deyə cavab verdi və konqresin keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin rəhbərinə minnətdarlığını bildirdi.

Masamızda yanaşı əyləşən və söhbətlərimizə şahidlik edən "Azərkosmos"un rəhbəri Saməddin Əsədovu təbrik edərək 5300-dən artıq qonağın iştirakıyla keçirilən bu tədbirə görə təbriklərimi çatdırdım və belə maraqlı, bizi göylərə ucaldan söhbətlərin yer aldığı görüşə görə ürəkdən təşəkkür etdim.

lll

74-cü Beynəlxalq Astronavtika Konqresinə xüsusi qonaq qismində dəvət olunmuş israilli yazıçı, tarixçi, Qüds İvrit Universitetinin professoru Yuval Noah Hararinin sözləri neçə gündür beynimdən çıxmır: "On min illər ərzində bizim kimi insanlar Yer planetində dominantlıq ediblər. Əgər biz 50 il geriyə qayıdıb burada - Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilsəydik və ya daha 700 il geriyə qayıdıb Nəsrəddin Tusinin yaxınlıqda tikdirdiyi rəsədxanaya gedə bilsəydik, orada bütün mühüm aspektlərdən bizimlə eyni olan insanlarla rastlaşardıq. Lakin tezliklə bu planetdə insanların dominantlığı erası başa çata bilər".

Süni intellektin hələ inkişafının çox erkən mərhələsində olduğunu vurğulayan məşhur kitabların müəllifi bəlkə daha qədimlərə baş vursaydı, orda da insanların dominant olmadığını söyləyə bilərdi. Amma əlli il sonra insanların süni intellektlə yanaşı, "qol-boyun" yaşayacağını düşünmək qəribə gəlir. Amma nə qorxusu?! Keçmişdə də, indi də ruhsuz, robotvari insanlarla ətrafımız dolu olub və doludur.

lll

Xankəndi meydanı zir-zibildən təmizlənəcək, səliqəyə salınacaq, orda əzəmətli Azərbaycan Bayrağı dalğalanacaq.

Cənnət Qarabağda, bayrağımızın kölgəsində yaşamağı arzulayanlar, peşman olub geri qayıdanlar çox olacaq. Gedənlərin hay-küyündən, fürsət güdənlərin qışqırığından narahat olmağa dəyməz. Keçicidir.

Şairin sözləri yerinə düşür:

"Gedənə "qal" demək olmaz, Gedir - getsin, qalır - qalsın!"

lll

Azərbaycan reinteqrasiya təkliflərini erməni sakinlərə təqdim edəcək. Yəqin ki, sonra bu təkliflər ictimaiyyət üçün də açıqlanacaq. Azərbaycan Prezidentinin çıxışlarında bu təkliflərin mahiyyəti barədə fikirlər var: "Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək".

lll

Şuşa şəhərinin 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" seçilməsi sevindirici və xoş xəbər oldu.

lll

Mirşahinin məsuliyyətə çağıran müraciətini və narahatlığını bölüşürük.

Bütün sosial şəbəkə istifadəçilərini bu məsələlərlə bağlı dərindən, soyuqqanlı düşünməyə dəvət edirik.

lll

Bizim gənc nəsil ermənilərlə təmasda olmayıb, yanaşı yaşamayıb deyə indi əksəriyyəti bəzi ermənilərin "məsum" davranışlarını, "səmimi etiraflar"ını təəccüblə qarşılayır. Amma daha yaşlı nəslin nümayəndələri ermənilərin bu cür "etiraf"larını çox görüblər, onların saxtalığından halidirlər.

Ermənilər tək, az, zəif vaxtlarında qılıqlı, şirindilli, yaltaq olurlar. Amma çoxalan və güclənən kimi riyakarlıqları, qəddarlıqları üzə çıxır.

Bu davranış tərzi ya genetik xəstəlikdir, ya da uydurulmuş nağılların yaratdığı eyforik ovqatdır, bilmirəm.

Hər halda bu xalqın içdən durulmağa, yetkinləşməyə, bir sözlə, əsaslı mənəvi müalicəyə ehtiyacı var. Əgər 44 günlük savaşdakı acı məğlubiyyətlərindən, lokal antiterror tədbirlərimizdən düzgün nəticə çıxarıb son 30 ilin aldadıcı, eyforik üstünlük ovqatından qurtulmasalar, xislətlərindəki xəstəliyi qoparıb ata bilməsələr, ən böyük zərbəni özlərinə vurmuş olacaqlar.

Onda nə bu saxta qılıqlarına, şirin dillərinə inanan olacaq, nə də yalan "etiraf"ları kara gələcək.

lll

Qarakənd faciəsini törədənlər də tapılacaq və cəzasını alacaq.

lll

"Qarabağ" Avropada tanınmış, böyük maliyyəyə malik "Molde"ni məğlub etdi. Zəfərimizə ən yaxşı töhfələrdən oldu.

lll

Rastlaşdığı hər xırda çətinliyi problemə çevirib depressiyaya düşmək, ictimailəşdirmək insan xarakterinin zəifliyinin göstəricisidir. Zaman, dövr indi insanlardan əzmkarlıq, inadkarlıq, dinamiklik, zəhmətsevərlik, yorulmadan çalışmaq tələb edir.

 

 

 

 

 





09.10.2023    çap et  çap et