525.Az

Lənkəranda zəncirvari qəza baş verib


 

Lənkəranda  zəncirvari qəza baş verib<b style="color:red"></b> Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Lənkəran rayon sakinləri - 23 yaşlı Elçin Vəlizadənin idarə etdiyi “VAZ-2107”, 20 yaşlı Rahim İsmayılzadənin idarə etdiyi “VAZ-2106” və 31 yaşlı Teymur Əzimovun idarə etdiyi “Mersedes” markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəza törədiblər.
 
Xoşbəxtlikdən qəza zamanı sürücü və sərnişinlərdən ciddi xəsarət alan olmasa da, hər 3 avtomaşın yararsız hala düşüb.
 
İlkin versiya kimi qəzanın “VAZ-2107”-nin sürücüsünün düzgün manevr etməməsi səbəbindən törədildiyi bildirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
 





19.08.2014    çap et  çap et