525.Az

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub


 

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub<b style="color:red"></b>

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub.

525.az “APA-Economics”ə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə ölkə Trans-Adriatik kəməri (TAP) ilə Aİ ölkələrinə qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 mlrd. kubmetrə çatdırıb.

Bildirilir ki, yanvar-mart aylarında ilk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

 





09.10.2023    çap et  çap et