525.Az

IMF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yaxşılaşdırıb


 

IMF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yaxşılaşdırıb<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 10,3 % səviyyəsində olacağını proqnozlaşdırır.

525.az xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun aprel ayına olan proqnoz göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.

IMF gələn il Azərbaycanda inflyasiyanının 5,6 % səviyyəsində olacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 2,4 faiz bəndi azdır. Maliyyə qurumu 2028-ci ildə Azərbaycanın inflyasiya göstəricisi ilə bağlı proqnozunu dəyişməyərək 4 % səviyyəsində saxlayıb

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”ndə inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % səviyyəsində proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9 % səviyyəsində gözlənilir.

 





10.10.2023    çap et  çap et