Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.
Tədbirdə “Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.
Q.Ağsəs bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası dinamik inkişaf mərhələsinə qədəm qoyub.
“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar-publisist Taleh Mansur çıxışında vurğulayıb ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.
Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

çap et