Bakıda “Polşa Filmləri Festivalı” başlayıb. Festival Polşanın Azərbaycandakı səfirliyinin himayəsi, Polşa Kinematoqrafçılar Assosiasiyası və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunub.
525.az xəbər verir ki, festival 10-13 oktyabr tarixlərində Nizami Kino Mərkəzində keçirilir. Bütün filmlər polyak dilində səsləndirilir, subtitrlərlə Azərbaycan dilində təqdim olunur.
Festival zamanı dörd müasir Polşa filmi nümayiş etdirilib: Bunlar “Solid Gold”, “Bread and Salt”, “Filip" və "Supernova” filmləridir.
Film festivalında Polşa Kinematoqrafçılar Assosiasiyasının (PKA) nümayəndələri, o cümlədən qurumun prezidenti və məşhur polşalı kinorejissor və ssenarist Yaçek Bromski iştirak ediblər.
Qeyd edək ki, “Polşa Filmləri Festivalı” çərçivəsində bu gün saat 19:00-da Nizami Kino Mərkəzində, “Filip” filmi nümayiş olunacaq. Giriş pulsuzdur. Film Polyak dilində Azərbaycan subtitrləri ilə təqdim olunacaq.


çap et