525.Az

Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsindəki müzakirələrə qatılıb


 

Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsindəki müzakirələrə qatılıb<b style="color:red"></b>

Energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində keçirilmiş müzakirələrdə çıxış edib.

525.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Rusiya Enerji Həftəsi"ndə neft-qaz sektorunda turbulentliklərindən, Azərbaycanın qaz tədarükü bazarlarının şaxələndirilməsindən, balanslaşdırılmış enerji sistemində neft-qaz və "yaşıl enerji"nin birgə rolundan danışdıq", - deyə o qeyd edib.

 





12.10.2023    çap et  çap et