525.Az

Gürcüstanda azərbaycanlı şəxs güllələnərək qətlə yetirilib


 

Gürcüstanda azərbaycanlı şəxs güllələnərək qətlə yetirilib<b style="color:red"></b>

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

525.az APA-ya istinadən xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

 





12.10.2023    çap et  çap et