525.Az

Məhdudiyyətli uşaqlarla “Oxu saatı” keçirilib


 

Məhdudiyyətli uşaqlarla “Oxu saatı” keçirilib<b style="color:red"></b>

13 oktyabr F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün növbəti "Oxu saatı" keçirilib.

525.az xəbər verir ki, tədbirin qonağı Azərbaycan Uşaq Fondunun sədr müavini Zəhra Bədəlbəyli olub. Qarabağ şahzadəsi və Göydən düşən nağıllar adlı kitabdan oxunan nağıl və hekayələri  sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatının jest dili təlimçisi Könül Quliyeva tərcümə edib.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.

 





14.10.2023    çap et  çap et