525.Az

TDT ölkələri media sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalayıb


 

TDT ölkələri media sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalayıb<b style="color:red"></b>

Qırğısıztanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə rəhbər şəxslərinin 5-ci toplantısı keçirilib.

525.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanı Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edib.

Bildirilib ki, toplantıya Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altinbek Maksutov moderatorluq edib.

Toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Türk dünyasının dezinformasiyaya qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb.

Daha sonra media sahəsində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlər imzalanıb.

Özbəkistan tərəfinin təşəbbüsü ilə tərəflər Türk Dövlətləri Təşkilatının media və İnformasiya üzrə məsul şəxslərinin 6-cı toplantısının Özbəkistanda keçirilməsi barədə qərar qəbul ediblər.

 





17.10.2023    çap et  çap et