525.Az

Pərviz Şahbazov Çində keçiriləcək “Bir kəmər, bir yol” Forumunda iştirak edəcək


 

Pərviz Şahbazov Çində keçiriləcək “Bir kəmər, bir yol” Forumunda iştirak edəcək<b style="color:red"></b>

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib.

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki nazir oktyabrın 18-də Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.

Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 





17.10.2023    çap et  çap et