525.Az

Azərbaycanda orta illik inflyasiyanın 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir


 

Azərbaycanda orta illik inflyasiyanın 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir<b style="color:red"></b>

Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5 % səviyyəsində olacağı proqnozlaşdırılır.

525.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.

İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3 % səviyyəsində gözlənilir.

"Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 %-ə qədər enəcəyi gözlənilir", - Maliyyə Nazirliyi qeyd edir.

İllik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.

Məlyumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.

 





19.10.2023    çap et  çap et