525.Az

Qərbi Azərbaycanla bağlı “Yada Daşı” sənədli filmi hazırlanıb


 

Qərbi Azərbaycanla bağlı “Yada Daşı” sənədli filmi hazırlanıb<b style="color:red"></b>

“Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Yada Daşı” sənədli filminin ilkin təqdimat mərasimi olub.

525.az xəbər verir ki, gənclərin və yaradıcı qrupun iştirakı ilə təqdim olunan film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir.

“Yada Daşı” filmində peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşayan qərbi azərbaycanlıların xatirələri geniş izləyici kütləsi üçün vizual formada təqdim olunur. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib.

Yaxın vaxtlarda geniş auditoriya üçün filmin Azərbaycan və İngilis dilində təqdimatı keçiriləcək.

 





21.10.2023    çap et  çap et