525.Az

KOBİA rəhbəri arıçı sahibkarlarla görüşüb


 

KOBİA rəhbəri arıçı sahibkarlarla görüşüb<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında arıçı sahibkarlarla görüşüb.

525.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.

"Bir aya yaxın davam edən arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında olduq. Nərimanovda yerləşən sərgi çərçivəsində arıçılarla söhbət apardıq, satışla maraqlandıq. KOBİA arıçılığın inkişafına önəm verərək, xüsusilə Qarabağda bu sahəyə dəstək göstərir" - deyə o əlavə edib.

 





21.10.2023    çap et  çap et