525.Az

Türkiyədə ağır yol qəzası - 3 ölü, 11 yaralı


 

Türkiyədə ağır yol qəzası - <b style="color:red">3 ölü, 11 yaralı</b>

Türkiyədə Tarsus – Adana – Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

525.az “Haber Türk”ə istinadən xəbər verir ki, çırpılmadan sonra yük avtomobili yanmağa başlayıb.

Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

 





22.10.2023    çap et  çap et