525.Az

7 yaşlı uşağı it dişləyib


 

7 yaşlı uşağı it dişləyib<b style="color:red"></b>

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Daşağıl kənd sakini, 2007-ci il təvəllüdlü Xəqan Vüqar oğlu Babayev bədəninin baş nahiyəsi və aşağı ətrafın sol bud hissəsinin it dişləməsi ilə xəstəxanaya daxil olub.
 
Həkim araşdırmasından sonra məlum olub ki, 7 yaşlı X. Babayevi sahibsiz it dişləyib.
 
Xəqan Babayevə xəstəxanada lazımi ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.

 





22.08.2014    çap et  çap et