"2023-cü ildə daha bir bank bağlandı. “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur. “Muğan Bank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi hələlik açıqlanmayıb. Bununla belə, qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır".
Bu 525.az-a millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq kompensasiya olunan məbləğin artırılması çox vacibdir. Bu banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər.
Sevinc Qarayeva
çap et