525.Az

Aİ XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq


 

Aİ XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq<b style="color:red"></b>

Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

525.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Avropa Komissiyasından bildirilib.

Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır.

 





24.10.2023    çap et  çap et