525.Az

"Cənab general" şeiri - Bertold Brext


 

"Cənab general" şeiri - <b style="color:red">Bertold Brext</b>

Tankınız nə qədər güclüdür, cənab general!
Qırıb keçər bir meşəni,
Əzib keçər insanları,
Amma bir qüsuru var
Sürücü lazımdır ona...

Döyüş təyyarəniz nə qədər güclüdür, cənab general!
Fırtınadan sürətli, fildən böyük 
Amma bir qüsuru var,
Usta lazımdır təmirinə...

İnsan dediyimiz nələr-nələr edir, cənab general! 
Uçurtmağı da bilir insan dediyin, öldürməyi də 
Amma bir qüsuru var
Bilir düşünməyi də.

Tərcümə: Malik Atilay 

 





24.10.2023    çap et  çap et