525.Az

Azərbaycan növbəti 3 il müddətində Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda yer alacaq


 

Azərbaycan növbəti 3 il müddətində Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda yer alacaq<b style="color:red"></b>

15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək.

525.az xəbər verir ki, bu barədə XİN-in Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ilinin tamam olması ilə əlaqədar mətbuat məlumatında bildirilib.

Qeyd edilib ki, ölkəmiz növbəti 3 il müddətində Hərəkatın “sədrlik Troykası”nda yer alacaq.

"Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək", - məlumatda deyilir.

 





25.10.2023    çap et  çap et