525.Az

Rusiyada nüvə hücumu təlimi keçirilib


 

Rusiyada nüvə hücumu təlimi keçirilib<b style="color:red"></b>

Rusiyada quru, hava və dəniz elementləri ilə nüvə hücumu təliminin keçirildiyi açıqlanıb.

525.az xəbər verir ki, Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava elementlərinə aid nüvə çəkindirici silahlardan istifadə edildiyi bildirilib.

Təlim zamanı ballistik və qanadlı raketlərin atıldığı, buraxılışların Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edildiyi vurğulanıb.

Qeyd edək ki, təlimdə "Yars" qitələrarası ballistik və "Sineva" ballistik raketlərindən istifadə edilib.

Məhəmməd Tağıyev

 





25.10.2023    çap et  çap et