525.Az

Azərbaycanın sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmə dair iclası keçirilib


 

Azərbaycanın sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmə dair iclası keçirilib<b style="color:red"></b>

Azərbaycanın sədrliyi, Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

525.az agentliyə istinadən xəbər verir ki, iclasda açılış nitqlərini qurumun aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov, təşkilatın baş katibinin müavini Dimitrios Rallis səsləndirib.

İclasda ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə Tədbirlər Planı müzakirəyə çıxarılıb, iştirakçı üzv dövlətlərin turizm sahəsi üzrə maraqlarına dair müvafiq məsələlərə və birgə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb, iclasın yekunların dair hesabat sənədi təsdiq edilib.

İşçi qrupunun növbəti iclasının dekabrda keçirilməsi qərara alınıb. İclasda təşkilata üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Serbiya, Moldova və Ukrayna kimi ölkələr təmsil olunublar.

 





26.10.2023    çap et  çap et