525.Az

Qazaxıstan Azərbaycana qeyri-əmtəə mallarının tədarükünü 300 milyon dollar artırmaq istəyir


 

Qazaxıstan Azərbaycana qeyri-əmtəə mallarının tədarükünü 300 milyon dollar artırmaq istəyir<b style="color:red"></b>

Qazaxıstan hakimiyyəti Azərbaycana qeyri-əmtəə mallarının tədarükünü 300 milyon dollar artırmağa hazırdır.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov ilə Azərbaycanın bu ölkədəki səfiri Ağalar Atamoğlanovla keçirilən görüşündə bildirilib.

"Tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar təşkil edib. Gələcəkdə bu rəqəm 1 milyard dollara qədər artırıla bilər. Bundan başqa, nazir Qazaxıstanın Azərbaycana yerli emal məhsullarının ixracında maraqlı olduğu vurğulanıb. Bunlar təxminən 300 milyon dollar dəyərində 100-dən çox qeyri-əmtəə mallarıdır”, - deyə məlumatda bildirilir.

Görüşdə hər iki ölkənin mühüm nəqliyyat dəhlizlərində əlverişli coğrafi mövqeyi qeyd edlib.

"Bu baxımdan Çin və Avropa İttifaqını Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) getdikcə aktuallaşır. TBNM çərçivəsində iki dəfədən çox artım olub. Söhbət zamanı Qazaxıstan neftinin bu marşrutla daşınmasının müsbət dinamikası qeyd edilib”, - nazirlikdən bildirilib.

2023-cü ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 398 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 57,2% çoxdur.

 





27.10.2023    çap et  çap et