525.Az

Şairlərimiz "Atatürk" və "Turan Birliyi" beynəlxalq medalları ilə təltif olundu


 

Şairlərimiz "Atatürk" və "Turan Birliyi" beynəlxalq medalları ilə təltif olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış teleradiojurnalist, şair-publisist Mübariz Süleymanlı qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Cukuroba Ədəbiyyatçılar Birliyinin təsis etdiyi "Atatürk" beynəlxalq medalı və Mərkəzi Asiya "Yeni Avaz" Yazıçılar və Tarixçilər İttifaqının və "Əmir Teymur" fondunun təsis etdiyi "Turan Birliyi " beynəlxalq medalları ilə təltif olunub. Azərbaycanın digər şairləri-Mikayıl Bozalqanlı, Elman Tovuz, Arzu Nehrəmli və Nəcibə İlkin isə "Turan Birliyi" beynəlxalq medalı ilə təltif olunublar.

525.az xəbər verir ki, ödülləri ölkəmidə səfərdə olan Qırğıstan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə müavini, Mərkəzi Asiya ” Yeni avaz” Yazıçılar və Tarixçilər Birliyinin sədri, Əmir Teymur fondunun rəhbəri Joldoşbek Akılbeyoviç Monoldorov və bu təşkilatların türk respublikaları üzrə baş koordinatoru İlqar Türkoğlu təqdim ediblər.

Elman Tovuz ocağında keçirilən gecənin aparıcısı şair Mübariz Məsimoğlu türk xalqlarının ortaq dilindən, eyni soy-kökə malik olmasından danışdıqdan sonra sözü İki medal alan jurnalist-şair Mübariz Süleymanlıya verib.

Natiq çıxışında son illər türk dövlətləri birliyinin daha da sıx əlaqələrindən bəhs edib, qardaş Qırğızstandan gələn qonaq Yoldaşbəy Monoldorova və İlqar Türkoğluna təşəkkürünü bildirib.

Digər çıxış edən şairlər Mikayıl Bozalqanlı, Elman Tovuz, Nəcibə İlkin, Arzu Nehrəmli türkün qədim tarixindən, folklor və incəsənətindən danışıblar.

Qonaq qismində iştirak edən şairlər Ayaz Arabaçı, Arzu Əsəd, professor Nazim İmamverdiyev, əməkdar mühəndis Zakir Mirzəyev, jurnalist İnqilab Əbilov qələmdaşlarını təbrik etdikdən sonra türkün zəngin ədəbiyyatına tövhələr verən dühalardan sitatlar gətirib,türk xalqlarının poeziyasının bəşəriliyindən söhbət açıblar.

Ədəbi-bədii gecəyə rəng qatan gənc aşıq Şəhriyar Kərimov gözəl ifaları ilə məclisi daha da rövnəqləndirib.

 





27.10.2023    çap et  çap et