525.Az

Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur"


 

Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur"<b style="color:red"></b>

"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir".

525.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

"Biz düşünürük ki, sülhün əldə olunması iki tərəfin (Azərbaycan və Ermənistan -red.) maraqlarına uyğundur,. Bu, regionun maraqlarına uyğundur. İki tərəf arasında sülh sazişinin əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir və biz bu istiqamətdə işləməyə davam edəcəyik", - Miller bildirib.

 





27.10.2023    çap et  çap et