525.Az

İran ordusu genişmiqyaslı təlimlərə başlayıb


 

İran ordusu genişmiqyaslı təlimlərə başlayıb<b style="color:red"></b>

İran Quru Qoşunları İsfahan vilayətində 2 günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

525.az xəbər verir ki, Quru Qoşunlarının "1402 Power" adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron döyüş və müasir döyüş birlikləri iştirak edir.

2 gün davam edəcək və İsfahanın Nəsrabad bölgəsində keçirilən genişmiqyaslı təlimdə 200-dən çox nəqliyyat və hücum helikopteri iştirak edir, hava qüvvələrinə bağlı birliklər də dəstək verir.

Qeyd edək ki, təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə imkanları qiymətləndiriləcək.

Məhəmməd Tağıyev

 





27.10.2023    çap et  çap et