525.Az

İranda 5,3 bal gücündə zəlzələ


 

İranda 5,3 bal gücündə <b style="color:red">zəlzələ</b>

İranın Cənubi Xorasan əyalətinin Şusif rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Cənubi Xorasan əyalətinin Şusif rayonunda olan 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 04:11-də qeydə alınıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, hər hansı can itkisi olub-olmadığı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, əraziyə xilasetmə qüvvələri göndərilib.

Məhəmməd Tağıyev

 





27.10.2023    çap et  çap et