525.Az

Azərbaycan XİN-dən Qazaxıstana başsağlığı


 

Azərbaycan XİN-dən Qazaxıstana başsağlığı<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”,- paylaşımda qeyd olunub.

 





28.10.2023    çap et  çap et