525.Az

Qəzzada 35 jurnalist öldürülüb


 

Qəzzada 35 jurnalist öldürülüb<b style="color:red"></b>

İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında həyatını itirən jurnalistlərin sayının 35 olduğu açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza hökumətinin Media İdarəsi öz teleqram səhifəsində İsrailin Qəzzaya hücumları nəticəsində 35 jurnalistin həyatını itirdiyini açıqlayıb.

Bəyanatda ölən 35 jurnalistin adlarının yer aldığı siyahı dərc edilib.

Qeyd edək ki, bu günlərdə İsrailin Livanla sərhədində baş verən qarşıdurma zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində livanlı jurnalist həyatını itirib.

Malik Atilay

 





30.10.2023    çap et  çap et