525.Az

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək


 

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək<b style="color:red"></b>

Ermənistanın İranla dövlət sərhədində yeni gömrük məntəqəsi tikiləcək.

525.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.

Onun sözlərinə görə, Meğridə tikiləcək gömrük məntəqəsi bütün beynəlxalq standartlara cavab verəcək. Həmin məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq (APA).

 





31.10.2023    çap et  çap et