525.Az

PKK lideri Avropa İttifaqına müraciət edib


 

PKK lideri Avropa İttifaqına müraciət edib<b style="color:red"></b> PKK terror təşkilatı İŞİD-ə qarşı vuruşmaq üçün Qərb ölkələrindən silah istəyir.
 
Lent.az-ın xəbərinə görə, Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə müsahibə verən PKK-nın liderləri Cəmil Bayık Almaniya və digər Qərb ölkələrinin onları silahla təchiz etmələrini xahiş edib. 
 
C.Bayık İŞİD-lə mübarizə aparan bütün qüvvələrin silahlandırılması nəticəsində İŞİD-in məğlub ediləcəyi qənaətindədir.
 
C.Bayık İŞİD qüvvələrinin Türkiyə ərazisindən Suriya və İraqa keçməsinin qarşısını almaq üçün Avropa İttifaqının Türkiyəyə təzyiq etməyə də çağırıb.
 





23.08.2014    çap et  çap et