525.Az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dolları keçib


 

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dolları keçib<b style="color:red"></b>

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,5 milyard ABŞ dolları təşkil edib.

525.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 16,7 %, son 1 ildə isə 34,6 % artıb.

 





01.11.2023    çap et  çap et