525.Az

"Bakı Metropoliteni"nə büdcədən ayrılan vəsait 12 milyon manat artırılıb


 

"Bakı Metropoliteni"nə büdcədən ayrılan vəsait 12 milyon manat artırılıb<b style="color:red"></b>

"Bakı Metropoliteni" QSC-yə 2024-cü ilin dövlət büdcəsindən 50 milyon manat subsidiya nəzərdə tutulub.

525.az xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Məlumata görə, vəsait sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün ayrılıb. Bu da 2023-cü illə müqayisədə 11,6 milyon manat və ya 30,2% çoxdur.

 





01.11.2023    çap et  çap et