525.Az

Maliyyə naziri büdcə gəlirlərinin azalmasının səbəbini açıqlayıb


 

Maliyyə naziri büdcə gəlirlərinin azalmasının səbəbini açıqlayıb<b style="color:red"></b>

Maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə gəlirlərinin 2023-cü və 2022-ci ilə nisbətən azalmasına münasibət bildirib.

525.az xəbər verir ki, maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib ki, büdcə gəlirlərinin azalmasının səbəbləri bəllidir.

Samir Şərifov qeyd edib ki, bunun səbəbi neft sektorunda hasilatın azalmasıdır: “Qaz sektorunda isə artımlar var. Burada hər hansı gözlənilməyən məsələ yoxdur. Bunu gəlirlərin azalması kimi təqdim etmək doğru olmaz. Qeyri-neft sektoru üzrə gəlirlərimizi artırmalıyıq. Bu sahədə tərəqqi var, amma inkişaf etdirilməlidir. Qeyri-neft sektoru üzr gəlirlər artmaldır”.

 





02.11.2023    çap et  çap et