525.Az

Hər bir kəsin yerini və taleyini tarix müəyyən edir


 

Hər bir kəsin yerini və taleyini tarix müəyyən edir<b style="color:red"></b>

Bu bir gerçəklikdir ki, həyat başqalarının dərdini öz dərdi kimi yaşayanları, onların göz yaşına öz göz yaşını qatanları, onların sevincinə şərik olanları daha çox ucaldır onlara daha çox səadət ucalıq bəxş edir . Belə insanlar üçün həyatda tək bir amal var. Həqiqi mənada bu, onlarda hər cür təmənna hisslərindən uzaq insanlığa xidmət etmək, bəşəri dəyərlər adına, mənsub olduğu xalq ölkə adına şan şöhrət gətirmək arzusudu.

Belə şəxsiyyətlərdə həyatda yaşamaq insanlığa  xidmət etmək üçün bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir. Daha doğrusu onların həyata baxışlarında zaman məkan insanların özünü təsdiqi üçün verilmiş şanslardır.

Onlarda insanlığa olan bu tükənməz sevgi Yaradana ilahi əbədi məhəbbətdən qaynaqlanır.

Bəli... O, insanları insan olduğuna görə sevməklə özünü sevdirdi bununla da fəaliyyətə başladığı ilk gündən təvazökarlıqla öz mesajlarını cəmiyyətə, ümumiyyətlə, hər kəsə çatdırdı.

Əslində Mehriban xanım Əliyeva öz həyat kredosunun formulunu “...Kimsənsə, elə olmalısan....özgələrin rollarını obrazlarını gərək öz üzərinə götürməyəsən... Çünki sən , dünyada yerin yeganə bənzərsizdir”- deməklə bildirmişdi. hər kəsin öz formulunu müəyyən etməyi arzulamışdı.

O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı, işgüzarlığı, gərgin əməyi, eyni zamanda təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini inamını qazandı.

Onun dəstəyi ilə həyata keçirilən qlobal səviyyəli layihələrin şüaları, tezliklə onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq təşkilatların, Avropa, Asiya, Afrika daha uzaq yerlərin diqqətini özünə cəlb etməyə başladı.

Dünya Onun bu nəcib fəaliyyətini rəğbətlə qarşılayaraq, alqışladı bugün O, beynəlxalq aləmdə zərif cinsin ən güclü simalarından biri kimi tanınır, qəbul olunur sevilir.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva.

Bəli, O, taleyinə qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, bəlkə , yaşına uyuşmayan müdrikliyi, ən əsası, onu gözəlləşdirən əməlləri ilə zamanın fövqünə ucalmağı, onun parlaq zərrəsinə çevrilməyi bacardı. İndi O, heç bir mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı qəbul etdiyi şəxsdir. etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək elə asan deyildi. O isə bunu bacarır özü çox təbii yüksək səviyyədə.

İftixarla deməliyik ki, çox qısa zamanda Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində ilk dəfə  Birinci Xanım İnstitutunu yaradaraq, onun banisi oldu.

Bu gün O, təkcə öz ölkəsinin sevimli Birinci Ledisi deyil, dünyanın çox sevilən, ən fədakar hörmətlə yanaşılan Birinci Ledilərindən birinə, bəlkə birincisinə çevrildi. Onun qurduğu  Birinci Ledi İnstitutu bəzi ölkələrdəki formal bir İnstitut kimi deyil, canlı bir varlıq , nümunəvi bir  model kimi bir çox ölkələrə örnək oldu.

Şübhəsiz ki, zaman keçəcək illər fəsillər bir-birini əvəz edəcək dünyanın Birinci Ledi İnstitutunun  tarixi təcrübəsi vərəqlənərkən Azərbaycanın  Birinci Xanım İnstitutunun zəngin təcrübəsi nümunəvi bir məktəb olması ilə seçiləcək.

Sözsüz ki, heç tərəddüd etmədən belə deyə bilərik ki, qədim rəngarəng tarixi keçmişi, bu keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi məhz ölkəmizin Birinci Xanımının simasında indi açılır. 

Bugün O, beynəlxalq aləmdə Azərbaycan qadınının əsl portretini təqdim etdiyindən, onun  simvoluna çevrilib. Ölkəmizdə, eləcə ölkəmizdən çox uzaqlarda yüzlərlə, minlərlə sadə insan indi öz ehtiyacları üçün mərhəmətin sevginin əsl ünvanı olan Mehriban xanım Əliyevaya müraciət edirlər. Təbiidir... Çünki bu nəcib müdrik xanım öz fəaliyyəti, humanist ideyaları xeyirxahlığı ilə artıq çoxdan mütərəqqi ictimaiyyətin cazibə mərkəzinə çevrilmişdir. Onun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir yüksək qiymətləndirirlər. Bu mənada fəxrlə deməliyik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O, bu ölkənin xalqın ən ali mükafatına layiq görülməsin dünyanın hər bir yerindən olan bu insanlar artıq çox gözəl dərk edirlər ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə öz sevgisini mərhəmət dolu yardımını paylaşır. Mehriban xanım Əliyevanın “...Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı olur. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır...” fikirlərini düşündükcə onun insanlığa olan sonsuz sevgi mərhəmətinin səbəbi tam aydın olur.  Əslində bu fikirlər eyni zamanda laqeyd biganə dünyada bir mənəviyyat dərsidir.

Ayrı-ayrı ölkələrdə hər cür siyasət riyakarlıqdan uzaq, təmiz sadə insanlar Mehriban xanım Əliyevaya olan məhəbbət rəğbətlərini  Onun “...Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir...”- mərhəmət fəlsəfəsinə , bəşəri dəyərlərə sonsuz sevgisinə  öz yazdıqları səmimi müraciət, şeir nəğmələri ilə  ifadə edirlər. Bəziləri isə onun obrazını təsəvvürlərində yaratdıqları kimi:  Təhsil Hamisi ”,  Kimsəsiz Uşaqlara Ana Nəfəsi”, “ Bəşəri Dəyərlər Fədaisi ”, “Xocalının Haray Səsi ”, “Mərhəmət Carçısı”, “Ümid Çırağı”... adlandırırlar.

İnsanlar Onun haqqında yazmağı, danışmağı fikir söyləməyi özlərinə şərəf    borc bilirlər.

Əlbəttə Mehriban xanım Əliyevanın portretini cızmaq hədsiz dərəcədə çətindir.

Çünki Mehriban xanım Əliyeva haqqında ən gözəl sözü , ən gözəl məqaləni , ən oxunaqlı kitabı, ən gözəl musiqini elə O, öz əməlləri fəaliyyəti ilə yaradıb.

Hətta ən qüdrətli yaradıcı sənətkar belə Onu onun insanlığa xidmət yolunda sevgi dolu fəaliyyətini Onun qədər xarakterizə edə bilməz.

Onun haqqında yazılan bütün əsərlərdə , kitablarda, nəğmələrdə müəlliflərin qələmə aldığı fikirlər Mehriban xanımın müqəddəs fəaliyyətinin tərənnüm edilməsi yolunda olan cəhdlərdir.

Mehriban xanım Əliyeva ilk gündən yaratmaq istədiyi  Kitabın epiloqunu : “Həyatda hər bir kəsin yerini taleyini tarix müəyyən edir, odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verirdeməklə öz məramlarını söyləyir.

Çox dərin fəlsəfi məna daşıyan bu hikmətli fikirləri oxuyub düşündükcə Onun fəaliyyətinin qədər yüksək zirvələrdə dayanmasının bir daha şahidi oluruq.

Bu mənada  Mehriban xanım Əliyeva fəaliyyətinı son dərəcə mahir istedadlı yazıçı səriştəsi ilə ən əsası isə, böyük səmimiyyətlə yazılmış birKİTABa bənzətsək daha doğru olar. Səhifələri bitməyən sevilərək oxunan, həyata keçirdiyi çox şaxəli, çox həcmli çox miqyaslı layihələrlə zəngin bu Kitab o qədər zəngindir ki, onu bir gündə, bir ayda, bir ildə vərəqləmək, oxuyub başa çatdırmaq mümkün deyil.

Bu kitab həm onun çox yığcam, ibrətamiz , müdrik dərin fəlsəfi fikirləri ilə zəngin olan məruzə çıxışlarıdır. Mehriban xanım Əliyevanın hər bir cümləsi sanki bir aforizmdir, bir hikmətdir. Bu Kitab həm Onun həyata baxış fəlsəfəsidir. Hədsiz maraqlı gərəkli olan bu kitabı oxucu oxuduqca onun əbədiyyən davam etməsini arzulayır.

Əziz oxucular!

Möhtərəm Birinci Xanımımızın fəaliyyətini əks etdirən , hər sətrində insan sevgisi, mərhəmət fədakarlıq dayanan bizlərin şahidliyi ilə yaratmış olduğu Həyat Kitabının səhifələrini vərəqləməklə, ona olan səmimi düşüncələrimi böyük məmnuniyyətlə sizlərlə birgə paylaşmaq istədim.

2004- ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan onun adını daşıyan Fonda rəhbərlik edən Azərbaycanın Birinci Xanımı tezliklə humanist ideyaların carçısına çevrildi. O, tezliklə ölkəmizdə xeyriyyəçilik hərəkatının formalaşmasına kütləviləşməsinə nail oldu. Bu mənada Mehriban xanım Əliyevanı xeyriyyəçilik hərəkatının banisi hesab etsək heç yanılmarıq.

O, Azərbaycan uşaqlarına diqqət qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi, bununla da Ulu Öndərin uşaqlara olan sonsuz sevgisini layiqincə təcəssüm etdirir yaşadır. Təsadüfi deyil ki,Onun uşaqlarla bağlı gördüyü işlər Fondun ilk ən böyük tədbirlərindən ilk layihələrindən biri oldu. Bir gözqırpımında sanki işıq sürəti ilə, gecəsini gündüzünə qataraq, ölkəmizdə elə bir həssas qrup ya köməyə ehtiyac olan sahə qalmadı ki, orada Möhtərəm Birinci Xanımımızın ülvi şəfqəti dəstəyi olmasın. Qocalar evi, uşaq əlillər evi, internatlar....daha nələr... sadalamaqla bitməz.

Mehriban xanım Əliyeva ...Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir,qardaş-qardaşa köçək əlini uzatmaq istəmir. Deməsinin səbəbi Onun həyata keçirdiyi bütün layihələrin qayəsində təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi sabaha ümid dayanırdı.

Mehriban xanım Əliyeva  “...Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir,qardaş-qardaşa kömək əlini uzatmaq istəmir.. ” düşüncəsi ilə insanları qayğı, mərhəmət göstərməyə sanki tələsdirir..

Fond tərəfindən Ulu Öndərimizin dillər əzbəri olan təhsil millətin gələcəyidir prinsipini  əsas meyar kimi götürdü.

Azərbaycanın Birinci Xanımı Yeniləşən Azərbaycan üçün Yeni Məktəb konsepsiyasını irəli sürdü qısa zamanda çox böyük layihələrlə ölkəmizdə inanılmaz uğurlar qazanıldı. Yüzlərlə məktəblər daha doğrusu təhsil müəssisələri xalqın istifadəsinə verildi. Minilliyin çağırışlarının əsas hədəflərindən olan hər kəs üçün təhsil Heydər Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu. Mükəmməl səviyyədə təhsil almaq imkanı üçün təhsilin  ən müasir yüksək standartlara cavab verən infrastrukturu yaradılmağa start verildi. Ən ucqar bölgələrdən başlayaraq ardıcıl çoxsaylı yeni məktəb layihələri həyata keçirildi. Elə layihələr ki, fiziki əqli vəziyyətindən asılı olmayaraq bütün azərbaycanlı uşaqların zövqünü oxşadı. Sağlam bədəndə sağlam ruh olar prinsipinə söykənərək, ən zəruri səhiyyə layihələri insanların  sabaha ümid çırağına çevrildi.

Valideyn himayəsindən məhrum olan uşaqlara Ana məhəbbəti, onlara qayğı əsl insanlıq nümunəsi oldu.

Kimsəsizlərə kimsə dayaq olmağın gerçək həqiqi mahiyyətini əməli ilə sübut etdi. Əslində Fond tərəfindən gənc istedadlara yaradılan şərait bu uşaqların parlaq sabahı millətimizin isə gələcəyi demək idi!..

Bugün Azərbaycan xalqı Fondun bəşəri dəyərlərə xidmət edən, qlobal səviyyədə geniş miqyaslı humanitar proqram layihələrinin nəticələrindən qürurla danışır.

Fondun həyata keçirdiyi layihələri arasında bir sıra xarici ölkələrdə məktəblərin tikdirilməsi, dünya mədəniyyətinin nadir incilərinin bərpasının qorunub saxlanmasının , xarici ölkələrdə belə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı xeyriyyəçilik tədbirləri Azərbaycanın Birinci Xanımının insan insanlıq naminə əsl fədakarlığının nümunəsi idi!

Bu mənada təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində milli mənəvi dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin bərpası təmirinə yönələn layihələrin böyük rezonans yaratması da təbiidir.

Mehriban xanım Əliyeva dünyaya gözünü açdığı gündən hər bir xalqın milli mənəvi dəyərlərinin müqəddəsliyinin olduğu mühitdə ruhda böyümüş tərbiyə almışdır.

Odur ki, uzun əsirlik tarixi olan milli mənəvi  dəyərlərimizin qorunmasında xalqımızın hansı keşməkeşli yollar keçdiyini Mehriban xanım Əliyeva öz çıxışlarında daima insanlara xatırladır. Onun müstəqil dövlətimizdə istər xalqımızın Ulu Öndəri Heydər Əliyev istərsə Prezidentimiz möhtərəm cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqətinə dəstək verməsini bu məntiqi qiymətləndirməmək mümkün deyil .

Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin qarşısında yanan gur işığın şöləsi dünyanın dörd bir yanına yayılmış bəşər sivilizasiyasına çoxsaylı töhfələr verən xalqımızın minilliklər boyu yaratmış olduğu mədəniyyətin zənginliyi bəşər insanını heyran qoymuşdur.

Bu gün qədər xoşdur ki, insanların siyasətdən usandığı yorulduğu, siyasi danışıqlara inamsızlığın mövcud olduğu bir zamanda Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu, ardıcıl prinsipial mədəniyyət layihələrin nəticəsində dünyanın müxtəlif coğrafiyasından olan fərqli rənglərdə dillərdə olan insanlar Azərbaycan musiqisinin mədəniyyətinin dilində danışır. Heydər Əliyev Fondunun Prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən biri hesab olunur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESKO-nun Dünya Mədəni İrs siyahısında; aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı hazırlanması sənəti, Novruz bayramı, eləcə xalqımızın qədim milli Çövkən oyunu UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında özünə yer almışdır!

Mehriban xanımın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyəti misilsizdir. Onun təkcə UNESKO-nun Baş qərargahında təşkil etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla bağlı nəşrlər,görkəmli şəxsiyyətlərimizin yubileyləri, ölkəmizin sürətli inkişafı, tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti, xalçaçılıq sənəti, milli kulinariyası , müstəqillik illərində inamla irəliləyən Azərbaycanın sürətli inkişafını göz önünə gətirən bənzərsiz sərgilər, incəsənət ustalarının doyumsuz konsert proqramları...

Hər biri bir-birindən bənzərsiz olan Azərbaycan təntənəsi yaşanan təkrarsız tədbirlər.

Əslində hər bir layihənin təbliğini bu milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan insanın tanıtımı kimi qiymətləndirmək olar. Heydər Əliyev Fondunun Pezidentinin , UNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin yox, eyni zamanda UNESKO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar tarixi hadisə kimi sayılmalıdır.

Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət sahəsində Bakıda keçirilən mötəbər beynəlxalq tədbirləri yada salaq. Birinci Ledinin Azərbaycan-UNESKO münasibətlərinin möhkəmlənməsindəki danılmaz xidmətləri ayrıca söhbətin mövzusudur.

UNESKO-nun sabiq Baş direktoru Koişiro MatsuuranınMehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq yaranmışdırfikri çox böyük mətləbləri təsdiq edir.

Qurumun hazırkı Baş direktoru İrina Bokovanın Mehriban xanım haqqında qənaətini bölüşməyə bilmərəm: “Sizi Xoşməramlı Səfirlər sırasında görmək bizim üçün, UNESKO üçün şərəfdir. Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

İzlədiyimiz bütün tədbirlərdə Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfirləri arasında qədər böyük nüfuza malik olmasını iftixar hissi ilə şahidi oluruq.

Təbiidir, Azərbaycanın Birinci Xanımı UNESKO-nun məqsəd məramlarının həyata keçirilməsində çox əhəmiyyətli işlər görərək, təşkilatın nüfuzuna mühüm töhfələr verir.

Əminliklə deyə bilərəm ki, təsis edildiyi gündən çağımızadək UNESKO-nun keçdiyi tarixi yola baxsaq UNESKO-nun xoşməramlı səfirləri sırasında Mehriban xanım Əliyevanın özünəməxsus misilsiz xidmətlərinin olduğunun şahidi olarıq.

Mehriban xanım Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri kimi qısa müddətdə üçüncü minilliyin ən önəmli problemlərindən olan mədəniyyətlərarası dialoqa tolerantlığa özünün davamlı töhfələrini verir. Günümüzdə gündən-günə artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü ilə yaradılmış Beynəlxaq Tolerantlıq Mərkəzi beynəlxalq ictimaiyyət üçün model olmaqla, sülhün,humanizmin, hüzurun, sabitliyin, dostluğun, qardaşlığın rifahın qorunması üçün dünya insanlarına bir çağırışıdır. Bu mənada Azərbaycanın Birinci Xanımının ictimai vəzifələri sırasında, daha doğrusu insanlıq üçün təmənnasız xidmətləri sırasında İslam ölkələrinin Təhsil, Elm Mədəniyyət Təşkilatının, İSESKO-nun Xoşməramlı Səfiri kimi fəxri, şərəfli məsuliyyətli missiyasından doğan fəaliyyəti islam dünyası üçün bir fəxarətdir desək daha ədalətli yanaşma olar. Heç təsadüfi deyil ki, ölkəmizlə İƏT-nın müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Onun fəaliyyəti islam aləmində çox təqdirəlayiq qiymətləndirilir.

Bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsinizsualına Azərbaycanın Birinci Xanımı belə cavab verir: “Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi mədəni köklərə malik olan xalqını göstərmək, bizim mədəniyyətin, incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır”.

Mehriban xanımın bütün fəaliyyətinin  böyüklüyü ucalığının səbəbi onun içdən gələn səmimimiyyəti   vətənpərvərliyidir!

O, istər UNESKO-dan, istərsə İSESKO-dan, istərsə digər mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin çatdırılması üçün istifadə edir, özü böyük məharətlə.

O, çox önəmli auditoriyalarda çıxışları zamanı ölkəmizin uğurlarını diqqətə çatdıraraq, nəzərləri hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır, qaçqın məcburi köçkünlərin problemlərindən danışır, işğal altında qalan tarixi mədəni abidələrimizin qorunması məsələsini qaldırır, onların məhv edilməsindən narahatlığını ifadə edir.

    Fərqi yoxdur hansı tipli tədbirdir, Mehriban xanım Əliyevanın mükəmməl nitqləri, çıxışları Azərbaycanı tanıtmaq, onun keçdiyi şərəfli yol haqqında yığcam yüksək səviyyəli təəssürat yaratmaq, bir sözlə, xalqımızın milli kimliyinin təqdimatı baxımından xüsusi əhəmiyyətə malikdir...

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi iştirakı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir sıra xarici ölkələrdə keçirilən tədbirlər sıradan tədbirlər deyildi!

Dünyanın harasında olursa-olsun, bu tədbirlər Azərbaycanın layiqli təqdimatı, Azərbaycanın təbliğidir. Bu tədbirlər Şərqlə Qərbin daha doğrusu mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın qədim zəngin mədəniyyətə malik olduğunu hər kəsə dönə-dönə anlatmaqdır. Bugün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək onun ayrılmaz bir üzvüdür!..

Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıqdeyən Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən qlobal layihələr geniş əks-sədaya səbəb oldu.

Onun bu fikirləri Azərbaycanın Birinci Xanımının bütün layihələrində fəaliyyətində  milli dəyərlərlə bəşəri dəyərlərin sintezinin vəhdətinin vacibliyini bir daha sübut edir .

Bütün bu humanist addımların ülvi fəaliyyətin əsl fəlsəfəsi ancaq bir amala söykənir. Bu müqəddəs amal dünyanın mədəni irsini qorumaq, dünya insanına, bütövlükdə bəşəriyyətə sevgi mərhəmətlə xidmət etmək!

Bugün istər ölkə daxilində, istər ölkə xaricində bu amallar hər kəs tərəfindən məhz Heydər Əliyev Fondunun əsas prinsip idealları kimi qəbul edilir.

Yaxud... 20-ci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına Heydər Əliyev Fondu qədər böyük davamlı dəstək verən ikinci qurum tapmaq çətindir.

Etiraf etməliyik ki, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işlərə ən böyük dəstəyi məhz Heydər Əliyev Fondu vermişdir indi davam edir!..

Biz Mehriban xanım Əliyevanı, həm beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görür, onun fəaliyyətini bir Azərbaycan qadını kimi sonsuz qürur hissi ilə izləyirik.

O, bu fəaliyyəti ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl nümunədir.

Fəxr edirik ki, O, harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün AZƏRBAYCAN sevgisi, İNSAN sevgisi birincidir!

Bu sevgidən isə hər kəsdən əvvəl xalqımız əlbəttə hər bir Azərbaycan övladı bəhrələnir...

Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə hesab edin” – bu, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fikridir. qədər səmimi qədər təvazökar bir münasibət! İnsanlara təmənnasız kömək etmək təməlində əxlaq vicdan dayanan siyasət deyilmi.

Mehriban xanım Əliyeva  “...hər bir kəs özünü şəxsi həyatının dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı olmasını özü yazır...” deməklə müxtəlif siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq ərazi bölgülərindən , separatizmdən, müxtəlif münaqişələrdən, başqalarının sərvətlərini haqsız yiyələnməsindən, gücün ədalət, xaosun demokratiya kimi təqdim olunmasından, anbaan artan parçala hökm sür deyənlərdən yorulmuş çağdaş dünyaya sanki çağırış edir.

Bu fikirlər düşüncələr bir daha göstərir ki, məhz mənəvi ucalıq zirvəsində  dayanan Azərbaycanın Birinci Xanımı nəcibliyi ilə böyük hərflərlə yazılmış İNSANLIĞA xidmət edir!..

Onun fəaliyyəti bir Kitabdır, dedim. Azərbaycan xalqının ruhunu oxşayan insanlığa xidmət edən bu Kitab heç bir tərcüməyə ehtiyac olmadan bütün dillərdə sevilə-sevilə oxunan bir kitabdır. Vətənə, xalqa, insanlığa xoşməramlı xidmət davam edəcək bu kitabın səhifələri sonsuza qədər davam edəcək. biz o Kitabı dönə-dönə vərəqləyəcək sevə-sevə oxuyacağıq..

    Bu yazıda mən ürək sözlərimi  Prezident İlham Əliyevin Mehriban Əliyeva haqqında fikri ilə yekunlaşdırmaq istərdim. Heç şübhəsiz, heç kim onu, onun ömür gün yoldaşı, Respublikamızın prezidenti möhtərəm cənab İlham Əliyev qədər xarakterizə edə bilməz: “Mən çox şadam ki, Mehriban ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci Ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi, səyi canatımı durur. Mən çox sevinirəm ki, Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir . İnsanlar ora eşidilmək ümidi ilə gedirlər ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.

Bəli, Mehriban xanım Əliyevanın insan sevgisi ilə dolu olan ürəyindən çağlayan nəcib əməlləri cildlərlə kitabların qızıl hərflərlə yazılmış sətirlərində, insanların qan yaddaşında öz əksini tapacaqdır.

O Kitab ki, yazanı da, yaradanı da Azərbaycanın Birinci Xanımı, UNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti millət vəkili Mehriban Əliyevadır.

Bu Kitabın isə bir proloqu var: milyonlarla könüllərdə ucalmış əbədi xalq məhəbbəti.

 





25.08.2014    çap et  çap et